Kamuflyaj

Kamuflyaj

Heyvanlardakı müdafiə metodlarından biri də kamuflyajdır.Bəzi heyvanların bədən quruluşu yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılmışdır.Bu canlıların vücudları yaşadıqları şəraitlə o qədər uyğundur ki, şəkillərinə baxdığımız zaman bəzilərinin bitkiyə, ya da heyvana aid olduğunu başa düşmək və ya mühitdə olan heyvanı seçmək çətin olur.Böcəyin inanılmaz dərəcədə yarpağa bənzəməsi düşmənlərinin onu görməsinin qarşısını alır.Əlbəttə, bu kiçik heyvan qorunmaq məqsədi ilə öz vücudunu yarpağa bənzətməmişdir.Ancaq kamuflyaj o qədər ustalıqla yaradılmışdır ki, xüsusi şəkildə planlanıb ''yaradılmış'' müdafiə metodu olduğu aydın görünür.

Bəzi kəpənəklər qanadlarını açdıqları anda qarşımıza bir cüt göz çıxır.Bu gözlər düşməni qarşısındakının kəpənək olmadığına əmin edir.

Xüsusilə, yandakı şəkildə Şönlinq kəpənəyi kimi bəzi kəpənək növləri saxta üzləri, ortasındakı pırıltıları ilə, gözləri, üz xətləri, çatıq qaşları, ağız və burunları ilə elə mükəmməldirlər ki, ortaya çıxan görüntü düşmənləri üçün olduqca çəkindiricidir.

Allahı inkar edənlər bu qeyri-adi görüntünü ''maraqlı bir təsadüf'' kimi qəbul etmiş, ya da ''kəpənək faydalı olacağını düşündüyü üçün vücuduna belə forma vermişdir'' - deyə bir iddia irəli sürmüşdür.Əgər biri belə iddia irəli sürüb, bu mükəmməl cizgilərin sadəcə olaraq təsadüfən əmələ gəldiyini söyləyirsə, ağıl sahibi olan insanlara da söylənməli söz qalmır.Çünki belə iddia ağla və sağlam düşüncəyə ziddir.