Tilov ipindən süni əzələ düzəldildi

Tilov ipindən süni əzələ düzəldildi

Tilov ipi kimi istifadə edilən kirişdən insan əzələsindən 100 dəfə güclü süni əzələ düzəldilib. Aralarında türklərin də olduğu beynəlxalq tədqiqatçılar tilov və tikiş sapının xammalından süni əzələ düzəldiblər. Ucuz başa gələn süni əzələdən protez bədən üzvlərində, tibb alətlərində, robotlarda və hətta paltarlarda istifadə olunacaq.

Süni əzələ neylon liflərdən təşkil olunub. Bu liflər keçirici çubuğa möhkəm sarınıb. Çubuğun temperaturuna görə liflər büzülüb-genəldikcə süni əzələ gərilir. Tədqiqatçılar süni əzələnin gərilməsinin insan əzələsindən daha güclü olduğunu deyirlər. Belə ki, 100-200 dərəcə istilik verdikdə süni əzələ insan əzələsindən 100 dəfə artıq çəki qaldıra bilir.

Süni əzələ protez bədən üzvlərini qüvvətləndirməklə yanaşı, “ağıllı” paltarların istehsalında da istifadə oluna bilər. Tədqiqatçılar süni əzələdən toxunulan paltarların isti havada genələrək bədəni sərin, soyuq havada isə büzülərək isti saxlayacağını bildirirlər.

www.ntvmsnbc.com