İpəkqurdu

İpəkqurdu

Sizin 450-500 arası yumurtanız olsa və bunları çöldə mühafizə etməyiniz lazım gəlsə nə edərdiniz? Onların küləkdən və ya digər təbiət hadisələrinin təsirindən məhv olmasının qarşısını alan tədbir görməyiniz şübhəsiz ki, ən məntiqli davranış olardı. Məhz dünyada, bir dəfədə ən çox yumurta yumurtlayan canlılarından biri olan ipəkqurdu (450-500) yumurtalarını mühafizə etmək üçün çox məntiqli üsuldan istifadə edir: İfraz etdiyi yapışqanlı maddə vasitəsilə (ipləri) yumurtalarını bir-birlərinə bağlayaraq ətrafa səpələnib, dağılmasının qarşısını alır.

Yumurtadan çıxan tırtılların ilk işi özlərinə uyğun budaq tapmaq və sonra da eyni iplə oraya bağlanmaqdır. Sonra inkişaf edə bilmələri üçün ifraz etdikləri bu iplə özlərinə barama hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış tırtılın bu əməliyyatı yerinə yetirməsi, istirahət etmədən 3-4 gün davam edir. Bu müddət ərzində tırtıl minlərlə dəfə dönərək, orta hesabla 900-1500 m uzunluğunda ip hasil edir. Bu əməliyyat qurtardıqda da istirahət etmədən yeni işə başlayır və gözəl kəpənək olmaq üçün dəyişməyə başlayır.

Nə ana ipəkqurdunun balasını mühafizə edə bilmək üçün aldığı tədbir, nə də hər şeydən xəbərsiz hələ heç bir məlumata sahib olmayan kiçik tırtılın etdiyi hərəkətlər təkamüllə izah edilən hadisələr deyil. Hər şeydən əvvəl ana ipəkqurdunun yumurtaları yapışdırmaq üçün istifadə etdiyi ipi istehsal edə bilməsi möcüzədir. Yumurtadan yeni çıxan tırtılın özü üçün vacib olan mühiti tanıyıb ona uyğun barama hörməsi sonra da dəyişməyə başlaması və bu dəyişməni problemsiz olaraq həyata keçirə bilməsi insan ağlı üçün qeyri-adi bir şeydir. Bu vəziyyətdə hər tırtılın dünyaya gəldiyi andan etibarən nə edəcəyini bilməsi bütün bunların hələ dünyaya gəlmədən əvvəl "öyrədilmiş" olduğu mənasını verəcək.

Bunu bir nümunə ilə açıqlayaq. Əgər yeni doğulmuş körpənin doğumundan bir neçə saat sonra ayağa qalxdığını, hətta özünə yataq düzəltmək üçün vəsait (yorğan, yastıq, döşək və s.) yığdığını və bunları düzgün şəkildə birləşdirib yataq hazırlayıb içinə yatdığını görsəniz, nə düşünərsiniz? Təəccübünüz keçdikdən sonra gələcəyiniz ən məntiqli nəticə, bu körpənin belə bir əməliyyatı yerinə yetirməsi üçün hələ ana qarınındaykən qeyri-adi bir şəkildə "öyrədilmiş" olduğunu düşünməkdir. Tırtılların vəziyyəti də bu nümunədəki körpələrin vəziyyətindən heç də fərqlənmir.

O, Xaliq, yoxdan Yaradan, Surət verən Allah‘dır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Bu da bizi yenə eyni nəticəyə gətirir: Bu canlılar Allah‘ın bildirdiyi kimi çoxalır, davranır və yaşayırlar. Quran, Allah‘ın bal arısına vəhy etdiyini və ona bal hazırlamağı əmr etdiyini xəbər verir. (Nəhl surəsi, 68-69) Əslində bununla canlılar aləmindəki böyük sirrin bir nümunəsini bildirmiş olur. Bu sirr bütün canlıların Allah‘ın iradəsinə boyun əymiş olaraq, Onun təyin etdiyi qədəri yaşadıqları həqiqətidir. Arı buna görə bal hazırlayır, ipəkqurdu buna görə ipək hasil edir.