Allah molekulların hərəkətini bizim hiss etməyəcəyimiz şəkildə yaratmışdır

Allah molekulların hərəkətini bizim hiss etməyəcəyimiz şəkildə yaratmışdır

Allah molekulların hərəkətini bizim hiss etməyəcəyimiz şəkildə yaratmışdır
Bədənimiz və bütün kainat böyük sürətlə hərəkət edən molekullardan təşkil olunub. Məsələn, hal-hazırda olduğunuz otaqdakı molekulların sürəti saniyədə 500 metrə yaxındır. Dolayısı ilə biz üzümüzə, gözlərimizə, qısası, bədənimizə sürətlə fasiləsiz toxunan sıx molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu sıx molekul bombardmanı bizə ağrı verməlidir, çünki aparılan hesablamalar molekulların təkcə gözümüzə toxunması ilə 1 kq ağırlığına bərabər qüvvə tətbiq etdiyini göstərib. Halbuki biz heç nə hiss etmədən gündəlik həyatımıza asanlıqla davam edirik. Hətta ətrafımızda molekulların sürətli hərəkətindən xəbərimiz belə olmur. Çünki uca Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaradıb.

Maddəni təşkil edən molekullar heç vaxt səbəbsiz yerə bir-birindən ayrılmır. Molekulları bir-birindən ayırmaq üçün müəyyən temperatur tələb olunur. Suyun buxarlanması üçün müəyyən edilmiş temperatur dünyadakı su miqdarının daima sabit qalmasını təmin edən su dövranının başlıca səbəbidir. Suyun bu xüsusiyyəti dünyada həyatın mövcud olması üçün Allahın yaratdığı bənzərsiz yaradılış nümunələrindən biridir.