Paleozoy erası, Daş kömür dövrü
İkitaylı molyusk
Dövr: Paleozoy erası, Devon dövrü
Yaşı: 410-360 milyon il
Bölgə: Ceferson, İndiana, ABŞ
410-360 milyon ildir eyni olan ikitaylı molyusklar canlıların bir-birlərindən törədiyini və mərhələli şəkildə inkişaf etdiyini iddia edən təkamülçülərə meydan oxuyur. Bu canlılar təkamül keçirməyib yaradıldıqlarını göstərirlər.
Dəniz kirpisi
Dövr: Paleozoy erası, Daş kömür dövrü
Yaşı: 306-299 milyon il
Bölgə: ABŞ
Şəkildəki dəniz kirpisi fosili canlıların təkamülü iddiasını əsassız edən çoxsaylı nümunələrdən biridir. Əgər təkamülçülərin iddiaları doğru olsaydı, 306-299 milyon il əvvəl yaşamış dəniz kirpiləri dövrümüzdəki nümunələrindən çox fərqli olardı. Ancaq şəkildəki fosildən də göründüyü kimi, bugünkü dəniz kirpiləri ilə yüz milyon illər əvvəl yaşamış dəniz kirpiləri arasında heç bir fərq yoxdur.
Dəniz ulduzu
Dövr: Paleozoy erası, Daş kömür dövrü
Yaşı: 360-325 milyon il
Bölgə: Edvarsvil, İndiana, ABŞ
Dövrümüzdəki dəniz ulduzları hansı xüsusiyyətlərə malikdirsə, yüz milyon illər əvvəl yaşayan dəniz ulduzlarında da həmin xüsusiyyətlər var. 360-325 milyon ildir dəniz ulduzlarının eyni olduğunu göstərən bu fosil təkamülçülərin iddialarını əsassız edir, canlıların xüsusiyyətləri ilə birlikdə yaradıldığını göstərir.