Fosillər. Eşşək arısı
Eşşək arısı
Dövr: Kaynozoy erası, Eosen dövrü
Yaşı: 54-37 milyon il
Bölgə: ABŞ
Təqribən 50 milyon il əvvəl yaşamış eşşək arılarının dövrümüzdəki nümunələrindən heç bir fərqi yoxdur. Əgər bir canlının quruluşunda aradan keçən milyon illərə baxmayaraq, heç bir dəyişiklik yoxdursa, deməli, təkamül baş verməyib. Fosil qeydləri təkamülün əsla baş vermədiyini göstərir.
Tənək yarpağı
Dövr: Kaynozoy erası, Oliqosen dövrü
Yaşı: 38-23 milyon il
Bölgə: Muddy Creek, Montana, ABŞ
38-23 milyon illik tənək yarpağı digər canlılar kimi, bitkilərin də təkamül keçirmədiyini, əksinə, yaradıldığını sübut edir. Dövrümüzdəki tənək yarpaqları ilə milyon illər əvvəlki tənək yarpaqları arasında heç bir fərq yoxdur.
Kərgədan kəlləsi
Dövr: Kaynozoy erası, Oliqosen dövrü
Yaşı: 33 milyon il
Bölgə: Converse County, Vayominq, ABŞ
Şəkildə görünən fosil 33 milyon il əvvəl yaşayan kərgədanlarla dövrümüzdəki kərgədanlar arasında heç bir fərqin olmadığını sübut edir. Milyon illərdir quruluşu dəyişməyən canlılar təkamül nəzəriyyəsinin böyük bir yalan olduğunu göstərir.