Beynimizdəki kiçik kinoteatr

Beynimizdəki kiçik kinoteatr

Həyatımız kino lenti kimidir. Biz o kino lentinin hər bir kadrını vaxtı gəldikdə, ancaq yaşadığımız zaman görə bilirik. O kino lenti doğulduğumuz andan son nəfəsimizi verdiyimiz ana qədər yaşayacağımız milyonlarla hadisələrlə doludur. Hər bir təfərrüat o kino lentinin içinə sığışdırılıb. O kino lentindən kənara çıxa bilməyəcəyimizi əsla və əsla unutmamalıyıq.

Əslində kinoteatrda izlədiyimiz film kimidir. Filmin əvvəli, sonu, filmdə qarşılaşdığımız hər təfərrüat biz hələ o filmi seyr etməyə başlamadan öncə bəllidir. Biz filmin hələ ən əvvəlindəki kadrı izləyərkən, filmin ən son səhnəsində nə görəcəyimiz bəllidir. Bilməməyimiz hadisələrin gerçəkləşməmiş və müəyyən edilməmiş olduğuna dair dəlil deyil.

Filmin ən həyəcanlı səhnəsində bir sonrakı epizodda nə olacağını bilmədiyimiz üçün nəbzimizin artması bir sonraki səhnənin bəlli olmamasından, nə olacağının sürpriz olmasından irəli gəlmir. Bir sonrakı səhnə filmin ssenarisi tamamlandığı andan bəllidir. Amma biz o səhnəni bilmədiyimiz, sanki hadisələr o an öz-özünə baş verəcək hissinə qapıldığımız üçün həyəcanlanırıq. Əslində həyatımız da kinoteatrda seyr etdiyimiz film kimidir.

Tək fərqi ancaq odur ki, hər birimiz üçün  özəl film var və hər kəs öz film lentində əvvəlcədən müəyyən edilmiş hadisələri yaşaya bilir. Əvvəlimiz, sonramız və hazırki anımız hamısı o kino lentinin içindədir. Necə ki, bir film ekranda göstərildikdən sonra biz o filmdəki obrazları, hadisələrin gedişatını, filmin sonunu dəyişdirə bilmiriksə, öz həyatımızla bağlı da ən kiçik bir dəyişiklik etmə gücünə, qüdrətinə, imkanına sahib deyilik.

Hər birimiz özümüzə aid filmimizi, sanki kinotatrda seyr edirmiş kimi öz qapqaranlıq otağımızın içində seyr edirik. O otaqdan kənara həyatımız boyunca əsla və əsla çıxa bilmirik.

Kinoteatrdan fərqi odur ki, biz filmimizi böyük otaqda yox, əksinə beynimizin arxa tərəfində təkcə bir neçə millimetr kubluq bir ət parçasının içində seyr edirik. Bu nə bir şərh, nə inanc, nə də fəlsəfi fikirdir. Tamamilə elmi həqiqətdir. Dünyada indiyə kimi yaşamış hər insan xarici aləmi ancaq və ancaq beyninin arxa tərəfindəki kiçik görmə mərkəzinin içində seyr edir. Görürəm, eşidirəm, toxunuram, hiss edirəm dediyimiz hər şey isə tək-tək beynimizin içində baş verir. Amma ən təəccüblüsü isə beynimizdə nə rəng, nə səs, nə də görüntü var. Çünki beynimizdəki millmetr kubluq kinoteatr səsi, işığı keçirmir. Yəni beynimizin içi qapqaranlıqdır. Mütləq səssizlik hökm sürür beynimizin içində. Beynimizin içində ancaq elektrik siqnalları var.

Elmi yazıçı Rita Karter «Mapping The Mind» adlı kitabında dünyanı necə dərk etdiyimizi bu şəkildə açıqlayır:

Hər bir hiss etmə orqanı özünə uyğun xəbərdarlıqlara cavab verəcək şəkildə yaradılmışdır. Bu xəbərdarlıqlar isə molekullar, dalğalar və ya titrəşmələr formasındadır. Bütün bu müxtəlifliklərinə baxmayaraq, hiss etmə orqanları təməldə eyni vəzifəni yerinə yetirirlər: özlərinə aid xəbərdarlıqları elektrik siqnallarına çevirirlər. Bir xəbərdarlıq isə ancaq bir xəbərdarlıqdır. Qırmızı rəng deyil və ya Bethovenin beşinci simfoniyasının ilk notu deyil – təkcə elektrik enerjisidir. Əslində, bir hissi digərlərindən fərqli hala gətirmək əvəzinə hiss etmə orqanlarının hamısını oxşar hala, yəni elektrik siqnallarına çevirirlər.

Necə ki, kinoteatrda izlədiyimiz film projektordan əks etdirilərək kino pərdəsində görünürsə, gördüyümüz görüntülər də foton olaraq gözümüzə əks etdirilir və gözümüz, qulağımız, dərimiz bu şüaları elektrik siqnalına çevirərək beynimizdəki müvafiq mərkəzlərə yollayır. Dolayısilə biz təkcə beynimizin içində bizə göstərilən, eşitdirilən, hiss etdirilən hadisələrlə təmasda ola bilirik. Əslində bir növ beynimizdəki o kiçik kinoteatra və orada izlədiyimiz filmə bağlı olaraq yaşayırıq. Əsla o otaqdan kənara çıxa bilmirik və o filmdən də kənara çıxa bilmirik. Sanki o filmin içinə zəbt olmuşuq. Filmin ssenarisində əvvəlcədən yazılan nə varsa, onu yaşamaqdan başqa heç bir alternativ bizim için mümkün deyil. Hansi gün doğulacağımız, hansı gün, hansı saat, hansı saniyə öləcəyimiz, hansı məktəbə gedəcəyimiz, hansı üniversitetə qəbul olunacağımız, neçə uşağımızın olacağı, hansı xəstəliklərimizin olacağı hamısı o film lentində bəllidir. O kino lentini, yəni qədərimizi müəyyən edən Rəbbimiz Quranda bu həqiqəti bizə bildirir:

“Şübhəsiz, biz hər şeyi bir qədərlə yaratdıq”. (Qamər surəsi, 49)

Əgər hər şey qədərimizdə, hər şeyi Rəbbimiz hələ biz doğulmadan öncə ən incə təfərrüatına qədər müəyyən edib hamısını bir xeyirlə yaradırsa, o zaman bizə düşən məsuliyyət qədərimizi yaşadığımızın hər an şüurunda olub Rəbbimizdən tam razı olmaqdır.

İstədiyimiz qədər tədbir alaq, qədərimizdə yazılmış bir qəzanın qarşısını əsla ala bilmərik. Bunu unutmayaq...

İstədiyimiz qədər oxuyaq, qədərimizdə müəyyən edilmiş universitetdən başqa daha yaxşı bir üniversitetə əsla qəbul oluna bilmərik...

İstədiyimiz qədər idman edək, qədərimizdə Allahın nəsib etdiyindən daha uzun boylu bir insan əsla ola bilmərik...

İstədiyimiz qədər əmək sərf edək, qədərimizdə müəyyən ediləndən kənar uğura əsla imza ata bilmərik....

Əmək sərf etməyimiz, çalışmağımız, tədbir almağımız bunların hamısını etməyimiz ibadətdir və fərzdir. Amma bütün bunlar nəticə etibarilə qarşılaşacağımız hadisələri əsla dəyişdirmə gücünə malik deyil.

Dolayısilə beynimizin içindəki mərcimək dənəsi böyüklüyündəki qapqaranlıq, səssiz kinoteatrda öz filmimizi izləyərkən filmin sonunun bəlli olduğunu düşünüb çox təvəkküllü olmaq, müsibətlərə kədərlənməmək, nemətlərlə öyünməmək, Rəbbimizi çox sevib onun yaratdığı hər şeydən razı olmaq lazımdır. Çünkü əksi həm Qurana görə haramdır, həm də nəticəni dəyişdirməyəcək. Bu gerçəyi Rəbbimiz Quranda bizə bu şəkildə xəbər verir:

57/22- Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!

57/23- Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!