Köstəbəyin radar burnu

Köstəbəyin radar burnu

Köstəbəyin radar burnu

San Dieqo Vanderbilt Universitetindən Kennet Kataniya adlı elm adamı ulduz burunlu köstəbəklərin maraqlı görünüşlü burunları haqda bir tədqiqat apardı. Bu tədqiqatın sonunda köstəbəklərin burunlarının toxunma hissinə qarşı həddindən artıq həssas olduğu nəticəsinə gəldi. Həmçinin tədqiqat əsnasında bu xüsusiyyətlərin daha doğulmadan əvvəl döl halında ikən yarandığını ortaya çıxardı.

İnsan əlindən daha həssas toxunma hissi

Amerikanın şərqində torpaq altında tunellər qazaraq yaşayan bir köstəbək növünün burnu 22 ədəd çıxıntıdan ibarət olan bir ulduz şəklindədir. Bu maraqlı görünüşlü burnundan ötrü ulduz burunlu köstəbək olaraq adlandırılan canlı uzun illər davam edən araşdırmaların mövzusu olmuşdur.

Bu araşdırmalar nəticəsində də köstəbəyin burnundakı çıxıntıların qoxu alma ilə bir əlaqəsinin olmadığı və köstəbəyin torpağın içindəki kiçik böcəkləri bu çıxıntılarla toxunaraq hiss etdiyi ortaya çıxmışdır. Məhz ulduz burunlu köstəbəyin son dərəcə həssas olan bu toxunma hissi tədqiqatçıları heyranlıq içində saxlayır. Vanderbilt Universitetində beyin tədqiqatçısı olan Kennet Kataniya da ulduz burunlu köstəbəyin bu xüsusi burun quruluşunu məməlilər arasında ən inkişaf etmiş toxunma hissinə sahib orqan kimi təsvir edir. (1)
Bu heyvanın digər köstəbəklərdən tək fərqi burnunun ətrafına yapışdırılmış miniatür əllər görünüşü verən çıxıntılarıdır. Ulduz burunlu köstəbək bu çıxıntıları ilə cisimləri ətraflı şəkildə araşdırır və onları intensiv şəkildə hiss edir. Məhz bu köstəbəyi elm adamlarına on illərdir araşdırma mövzusu edən də bu çıxıntılarının funksiyalarıdır.

Köstəbək ulduz burnundan necə istifadə edir?

Ulduz burnun köstəbəyin ov etməsində çox böyük əhəmiyyəti vardır. Zəif görmə qabiliyyətinə sahib olan köstəbəklər tunel qazarkən bu çıxıntılarını böyük sürətlə irəli-geri yelləyirlər. Çıxıntılar bir saniyədə 10 fərqli obyektə toxuna bilər. Soxulcan, yaxud böcək kimi bir ovu ilə qarşılaşanda isə ovlarını bir anda tuturlar.

Qısaca, köstəbəklər bu ulduzu ətraflarındakı varlıqlara toxunub onları tanıya bilmək üçün bir əl kimi istifadə edirlər. Bu orqanlar mikroskop altında araşdırılanda toxunma hüceyrələrinə gedən olduqca geniş məsamələr, bu məsamələrin içində də keçirici maye olduğu görülər. Muasir mikroskopla baxılanda isə bu ulduzun Eimer orqanları deyilən strukturlarla örtülü olduğu aydın olmuşdur. Köstəbəklərin burunlarında olan bu orqanların hər biri çox həssas toxunma hissinə səbəb olan sinir topaları ehtiva edir. Digər köstəbək növləri burunlarında 2.000-ə yaxın Eimer orqanına sahibkən, ulduz burunlu köstəbəklər 25.000-dən artığına sahibdirlər. (2)
Köstəbək buna uyğun olaraq möcüzəvi bir sinir sisteminə və beyinə malikdir. Nevroloqlarla əməkdaşlıq edən Con Kas və Kataniya 100.000-dən çox sinir lifinin ulduzdan beyinə getdiyini tapmışlar. Bu rəqəm insan əlindəki çox həssas hissiyat reseptorlarının altı misli qədərdir. Ulduz burunlu köstəbəklərin obyektləri toxunma hissi ilə ayırd etmələri insanların ancaq xəyalını qura biləcəkləri bir hissiyat həssaslığıdır. Cisimlərin yumşaqlıq və sərtlik dərəcələri yalnız mikroskopik səviyyədə ayırd edilən bilən xüsusiyyətdir, ancaq köstəbək bunu asanlıqla görür.

Ulduz-burunlu köstəbəyin beyin quruluşu da digər heyvanlardan fərqlidir. Digər heyvanlarda olan gözün sinir şəbəkələri bu köstəbək növündə burun üçün aktualdır. Gözün torlu qişasında yerləşən dairəvi çuxurda fotoreseptor hüceyrələri daha sıx yerləşir. Köstəbəyin ulduz burnu da buna bənzəyir, belə ki, ulduz burnun mərkəzində olan bağlantılar xaricinə nisbətən daha çoxdur.(3)

Bura qədər verilən bütün təfsilat köstəbəyin burnundakı dizaynın varlığını ortaya qoyur. Təsadüflər nəticəsində köstəbəyin burnu ilə toxunma hissi qazanması, beyni ilə burnu arasında qüsursuz işləyən bir sinir şəbəkəsinin qurulması, sinir sayının lazım olan həssaslığı qazandıracaq miqdarda olması kimi çox sayda nüansın mükəmməl bir şəkildə ortaya çıxması əsla mümkün deyil.
Köstəbəyin burnundakı hər detal üstün ağıl və elm sahibi bir Yaradıcının varlığını göstərir. Bu Yaradıcı bizi və var olan hər şeyi yaradan, hər şeyin hakimi olan Uca Rəbbimizdir.

Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin? (Mülk surəsi, 14)

Qaynaqlar:

1- http://www.sciencenews.org/sn_arc99/10_23_99/fob3.htm; S. Milius, [Science News, Vol. 157, No. 17, 23 October, 1999, səh. 261]
2- http://www.nwf.org/natlwild/starnose.html; Bill Rankin, “Star of the Swamp, National Wildlife Federation
3- http://www.cbc.ca/cgi-bin/view?/news/2001/05/03/mole_aa_010503; CBC News, “Mole Has a Nose For Feeling”, 3 may 2001