Öz çəkisinin 5000 qatı yük daşıya bilən qarışqalar

Öz çəkisinin 5000 qatı yük daşıya bilən qarışqalar

Öz ağırlığının 5000 misli qədər yük daşıya bilən qarışqalar

Qarışqalar kiçik bədənə sahib olsalar da, öz ağırlığının 5000 misli qədər yük daşıya bilirlər. Bəs bunu necə bacarırlar?

Aparılan müşahidə və təcrübələr nəticəsində qarışqaların bu qeyri-adi gücünün arxasında biomexanika sirri olduğu ortaya çıxdı. Canlının boynundakı oynaq kompleks və ixtisaslaşmış sistemə malikdir. Qarışqaların öz çəkisindən dəfələrlə ağır yük daşımasında əsas rol oynayan faktorun da boyun oynaqları olduğu məlum oldu.

Ohio Dövlət Universitetinin mühəndisləri qarışqa boynunun gücünü daha yaxşı anlamaq üçün canlının xarici və daxili anatomiyasının üçölçülü modellərini hazırladılar. Bununla da “formica exsectoides” adlı qarışqanın funksiyaları, quruluşu və təşkil olunduğu maddələr arasındakı əlaqəni araşdırdılar.

Aşağıdakı şəkildə göründüyü kimi, qarışqanın baş və döş bölgəsinin sərt xarici qabığını yumşaq toxumadan təşkil olunan oynaq birləşdirir. Qarışqa qida və ya başqa bir cisim daşıyarkən yükün bütün ağırlığı boyun oynağının üzərinə düşür. Boynundakı bu oynaq düz formaya düşdükdə isə qarışqanın fiziki gücü maksimuma çatır. Mexanika və aerokosmos mühəndisi, köməkçi professor Karlos Kastro bunu belə izah edir: "Ağırlıq ağızla qaldırılır, boyun oynağından döş bölgəsinə ötürülür və ayaqlarının aşağı hissəsində paylanır".

Allahın qarışqalara verdiyi bu mükəmməl xüsusiyyətin yüngül robot texnologiyasında və insanlara köməkçi olan cihazların təkmilləşdirilməsində istifadə edilməsinin böyük inkişafa səbəb olacağı düşünülür. Kiçik bir qarışqanın bədənində bu cür qabaqcıl texnologiyanın mövcud olması və hər qarışqada qüsursuz işləməsi digər bütün canlılar kimi qarışqaların da aləmlərin Rəbbi Allahın nəzarətində olduğunun dəlilidir.

“Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir”. (Hud surəsi, 56)