Kimyəvi maddə istehsal edən mamaça torpaq qurbağası

Kimyəvi maddə istehsal edən mamaça torpaq qurbağası

“Alytes obstetricans” adlanan mamaça torpaq qurbağası Avropada yaşayan qurbağa növüdür. Bu sevimli canlılar əsasən quruda, suya yaxın olan torpaq oyuqlarda yaşayır və orada cütləşirlər. Dişi qurbağa yumurtalarını yerə buraxır, erkək isə sperması ilə onları dölləndirir. Yarım saat sonra erkək qurbağa yumurtaları muncuq kimi bir-birinə yapışdıraraq onları arxa ayaqlarının üzərinə yerləşdirir. Bir neçə həftə haraya gedirsə-getsin, hoppana-hoppana yumurtaları da özü ilə daşıyır. Balalar yumurtadan çıxarkən isə suya atılır və hamısı çıxana qədər arxa ayaqlarını sudan ayırmır. Bütün balalar çıxdıqdan sonra yenidən qurudakı oyuğuna qayıdır.

Bu məlumatları öyrənən insan bəzi suallar üzərində düşünməlidir:

Mamaça torpaq qurbağası sudan kənarda yaşadığı halda, balaları üçün suyun çox vacib olduğunu haradan bilir?

Qərar vermə qabiliyyəti olmayan bu canlı yumurtaları üçün ən təhlükəsiz yerin arxa ayaqlarının üstü olduğuna necə qərar verir?

Kimya haqqında məlumatı olmayan qurbağa yumurtalarını yapışdırdığı maddənin kimyəvi tərkibini necə tapır?

Bəs bu kimyəvi maddəni öz bədənində necə istehsal edir?

Şüuru olmayan bu canlı yumurtalarını ipə düzülmüş muncuq kimi bir-birinə yapışdırmağın ən doğru üsul olduğunu haradan bilir?

Əlbəttə ki, mamaça torpaq qurbağası yuxarıda sadalananların heç birini özü düşünə bilməz. Bütün canlılar kimi onun da ağıla və şüura sahib olmadığı üçün bu cür qərarlar verərək işləri nizamlaması mümkün deyil. Şübhəsiz ki, bütün canlıları yaradan, onlara ən doğru davranışları ilham edən və onları qoruyan aləmlərin Rəbbi uca Allahdır. Allah bir ayədə belə bildirir:

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)